Bank Of Baku

Azərbaycan turizmi Milanda təqdim olunacaq

Azərbaycan turizmi Milanda təqdim olunacaq
# 13 fevral 2013 14:40 (UTC +04:00)

 

Bakı. Ülkər Qasımova – APA. Fevralın 14-dən 17-dək İtaliyanın Milan şəhərində “BİT-2013” Beynəlxalq Turizm Sərgisi keçiriləcək.

 

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərgidə ölkəmizin turizm imkanları da nümayiş olunacaq.

 

Nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin xarici turizm sektorunun məsləhətçisi Məleykə Hüseynova, Turizmin marketinqi və təbliğatı sektorunun məsləhətçisi Azər Orucov, Bakı Turizm İnformasiya Mərkəzinin əməkdaşı Xəyalə Şahbazova, həmçinin «Geo Travel», «Gilan Turizm», «İmprotex travel» və «Regea travel» şirkətlərinin əməkdaşları daxildir.


Sərgidə Nazirlik tərəfindən 30 kvadrat metrlik lövhə icarəyə götürülüb. Azərbaycanın tanınmış turizm məkanları haqqında məlumatlar ingilis dilində hazırlanmış 30 adda reklam-çap məhsulları vasitəsilə nümayiş etdiriləcək.


Qeyd edək ki, ötən il Milanda keçirilən "BİT-2012" sərgisində dünyanın 130 ölkəsindən 2287 şirkət iştirak etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR