Bakı. Viktoriya Dementyeva-APA. ““AZAL” aviaşirkəti ilə Azərbaycan və Krım arasında ilboyu fəaliyyət göstərəcək aviareysin açılmasına dair danışıqlar aparılır”. APA-nın Ukrayna mətbuatına istinadən yaydığı məlumata görə, bu barədə Kırımın kurortlar və turizm naziri Aleksandr Liyev deyib.
"Artıq iki ildir ki, Azərbaycanla Krım arasında yay mövsümündə aviareys fəaliyyət göstərir. Bu aviareysin yay mövsümündə həftədə iki dəfə həyata keçirilməsi planlaşdırılır. Qış dövründə isə kiçik tutumlu təyyarələrlə həftədə bir dəfə reys gerçəkləşdirilə bilər”.
Aleksandr Liyevin fikrincə il boyu fəaliyyət göstərəcək aviareysin açılması Azərbaycandan Krıma turist axınını artıra bilər: “Krım hökuməti öz növbəsində bu reyslərin həyata keçirilməsində “AZAL”a dəstək verməyə hazırdır”.