Bank Of Baku

Azərbaycanda ilk dəfə daxili turizmə həsr olunmuş jurnal çapdan çıxıb - FOTO

Azərbaycanda ilk dəfə daxili turizmə həsr olunmuş jurnal çapdan çıxıb - <span style="color: red;">FOTO
# 08 yanvar 2013 10:09 (UTC +04:00)

Bakı. Ülkər Qasımova - APA-Economics. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanda daxili turizmə həsr olunmuş ilk jurnal - “Evimiz Azərbaycan” jurnalı çapdan çıxıb.

 

APA-nın məlumatına görə, jurnalın nəşrində daxili turizmin inkişafı və onun yüksək dünya standartları səviyyəsinə çatdırılması kimi hədəflər nəzərə alınıb.

 

“Evimiz Azərbaycan” jurnalında Azərbaycanın turizm sektorunda baş verən yeniliklər barədə istehlakçılara geniş məlumat verilir, bu sahədəki problemlər və onların həlli yollarına toxunulur, müsbət təcrübə təbliğ olunur. Jurnalın fəaliyyətində əsas istiqamətlər yerli turizm şəbəkəsinin inkişafı, göstərilən xidmətlərin səviyyəsinin yüksəlməsi, ölkə əhalisinin daxili turizmə marağının artırılmasıdır.

 

“Evimiz Azərbaycan” jurnalının ilk sayında Azərbaycandakı turizm infrastrukturu və burda baş verən yeniliklər, turistlər üçün xüsusi xidmətlər tətbiq edən şirkətlər və onların xidmətləri, Azərbaycanda turizm və istirahət obyektlərinə və infrastrukturuna investisiya yatırımı imkanları, turizm sektorunda fəaliyyət göstərən mütəxəssislər və şirkət sahibləri, onların təcrübəsi, şirkətlərinin tətbiq etdiyi yeniliklər, yeni daxili turlar, turizm biznesi ilə məşğul olanlar və ya bu sahəyə qatılmaq istəyənlər üçün tövsiyə və ya məsləhət tipli məqalələr - ekspertlərdən müsahibələr, araşdırmalar, Azərbaycanda yaşayan və ya yaşamış xaricilərin burada istirahəti barədə təəssüratları, ölkənin turizm sektoru və turizm obyektlərindəki vəziyyətlə bağlı fikirlərinə həsr olunmuş materiallar və digər məqalələr yer alıb. Jurnal ayda bir dəfə nəşr olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR