Bank Of Baku

Azərbaycanın regionlarında turizm obyektlərinin yay mövsümünə hazırlığı yoxlanılacaq

Azərbaycanın regionlarında turizm obyektlərinin yay mövsümünə hazırlığı yoxlanılacaq
# 03 aprel 2013 10:56 (UTC +04:00)

A.İsmiyev qeyd edib ki, Nazirlik tərəfindən hər il olduğu kimi regionlarda monitorinq keçirilir: «Eyni zamanda, may ayında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyə Turizm Nazirliyi ilə birgə Azərbaycanın regionlarında bu sahədə fəaliyyət göstərən kadrlar üçün treninq kursları təşkil olunacaq».

 

Nazirlik rəsmisi həmçinin bildirib ki, ölkədə turizm sahəsində lazımi infrastruktur mövcuddur, lakin xidmət istənilən səviyyədə deyil. Regionlarda istirahətin qiymətlərinin baha olmasına gəldikdə, Nazirlik rəsmisi qeyd edib ki, son 2-3 il ərzində mehmanxana və mehmanxana tipli obyektlərdə qiymətlər ildə orta hesabla 5-10% enib: «Hazırda ölkədə 514 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir və rəqabət artdıqca, qiymətlər də aşağı düşəcək».

 

Türkiyə kurortlarında istirahətin Azərbaycanda istirahətdən ucuz olmasına gəldikdə, A.İsmiyev bildirib ki, Türkiyə Turizm Nazirliyi 1963-cü ildə yaradılıb və 1983-cü ildən etibarən Nazirlik Antalya kimi regionun inkişafı ilə məşğuldur: «Hazırda Antalyada yerləşən kurort bölgəsinin hər birində orta hesabla 1 500 hotel fəaliyyət göstərir və məhz bu rəqabət qiymətlərin aşağı olmasının əsas səbəbidir».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR