Bank Of Baku

Azərbaycanın şimal bölgəsində turizmin inkişafına dair xüsusi proqram hazırlanıb

Azərbaycanın şimal bölgəsində turizmin inkişafına dair xüsusi proqram hazırlanıb
# 04 aprel 2013 09:41 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan hökuməti ilə Ümumdünya Turizm Təşkilatı ölkənin şimal regionunda turizm potensialının inkişafına dair xüsusi proqram hazırlayıb. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan hökuməti Ümumdünya Turizm Təşkilatı ilə birgə bu proqramı hazırlayıb ki, burada əsasən Quba, Xaçmaz və Şabran kimi zonaların inkişafı daxildir: «Hazırda sözügedən proqram Nazirliyə təqdim olunub və baxılmaqdadır. Bundan sonra, proqram təsdiqlənmək üçün təqdim olunacaq».

 

Ə.Qarayev həmçinin bildirib ki, son 10 il ərzində Azərbaycan regionları, o cümlədən turizm sahəsində sürətlə inkişaf edib. Belə ki, hazırda ölkənin bütün şəhər və rayonlarında bu sahədə lazımi infrastruktur, şərait və s. yaradılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR