Bank Of Baku

Azərbaycanın turizm sektorunda çalışanların sayı son 9 ildə 3 dəfə artıb

Azərbaycanın turizm sektorunda çalışanların sayı son 9 ildə 3 dəfə artıb
# 13 mart 2013 13:12 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, bunu “Heydər Əliyev 90: iqtisadi modernləşmə” mövzusunda Bakıda keçirilən konfransda mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirib.

 

Onun sözlərinə görə, əgər 2003-cü ildə turizm sahəsində çalışan işçilərin sayı 2 678 nəfər idisə, 2012-ci ildə bu rəqəm təqribən 8 000 nəfər olub: “Analoji olaraq 2003-cü ildə ölkəyə 1 013 811 nəfər əcnəbi gəlibsə, 2012-ci ildə artıq ölkəyə gələn əcnəbilərin sayı 2 484 048 nəfər olub. Azərbaycana gələn xarici turistlərin ölkəmizdəki xərcləri isə müvafiq olaraq 57,7 mln. ABŞ dollarından təqribən 1,3 mlrd. ABŞ dollarınadək yüksəlib”.

 

N.Səmədov qeyd edib ki, mehmanxana və mehmanxana tipli obyektlərin sayı 2001-ci ildə 69, 2006-cı ildə isə 288 olub. Ötən ilin statistik göstəricilərinə əsasən, belə obyektlərin sayı təqribən 520, respublika üzrə yataq yerlərinin ümumi sayı isə 32 000 təşkil edib. Yuxarıda qeyd olunan mehmanxanalarda 6 150 nəfər işçi fəaliyyət göstərir: “Son iki il ərzində Bakı şəhərində yeni müasir standartlara uyğun dünyaca məşhur 5 ulduzlu “Kempinski”, “Jumeirah”, “Hilton”, “Marriott” və “Four Seasons” kimi mehmanxanalar tikilərək istifadəyə verilib. Hazırda paytaxt və regionlar üzrə 50-yə yaxın mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərinin tikintisi gedir. İnşası davam etdirilən otellər içərisində “Fairmont”, “Rixos” və “Sherato” kimi tanınmış beynəlxalq brendlər mövcuddur”.

 

Nazir müavini bu gün Azərbaycanda turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) əsasında 221 turizm şirkətinin fəaliyyət göstərdiyini vurğulayıb: “Azərbaycanda qış turizminin inkişafı məqsədilə Qusar rayonunda yerləşən “Şahdağ qış-yay turizm kompleksi” kimi möhtəşəm layihə reallaşdırılıb və fəaliyyətə başlayıb. İki ay ərzində 50 000 nəfərdən çox turist kompleksi ziyarət edib”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR