Bank Of Baku

Bakıda İpək Yolu İşçi Qrupunun toplantısı keçiriləcək

Bakıda İpək Yolu İşçi Qrupunun toplantısı keçiriləcək
# 19 aprel 2013 07:47 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA-Economics. Aprelin 22-23-də Bakıda Ümumdünya Turizm Təşkilatının III BMÜTT İpək Yolu İşçi Qrupunun toplantısı keçiriləcək.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, görüş İpək Yolu üzərində davamlı turizmin inkişafının dəstəklənməsi və BMÜTT-nin İpək Yolu təşəbbüsü çərçivəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə təşkil olunacaq.

 

Tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, BMÜTT-nin icraçı direktoru Zoltan Somogi, həmçinin BMÜTT, UNESCO, Turizm Bələdçiləri Assosiasiyalarının Ümumdünya Federasiyası (WFTGA), iştirakçı ölkələr və Azərbaycandan olan nümayəndələrin iştirakı gözlənilir.

 

Qeyd edək ki, tədbirdə 2013-cü il üçün İpək Yolu üzrə xüsusi turizm layihəsi təqdim olunacaq, layihənin planı, qısa və uzunmüddətli perspektivləri, iştirakçı ölkələrin maraqları, onlar üçün layihənin faydaları və s. məsələlər müzakirə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR