Bank Of Baku

Bayram günlərində «Şahdağ» Qış-Yay Turizm Kompleksinə 10 mindən çox turist gəlib - FOTO

Bayram günlərində «Şahdağ» Qış-Yay Turizm Kompleksinə 10 mindən çox turist gəlib - <span style="color: red;">FOTO
# 26 mart 2013 11:58 (UTC +04:00)

Qusar. Vəli Turan-APA. Bayram günlərində Qusar rayonunda yerləşən “Şahdağ” Qış-Yay Turizm Kompleksinə gələn ziyarətçilərin sayı artıb. APA-nın Şimal bürosunun verdiyi məlumata görə, bayram günlərində kompleksi 10 000-dən çox yerli və xarici turist ziyarət edib.

 

Hazırda kompleksin 10 faizində işlər yekunlaşıb. Mərkəzdə 80 nəfərlik otel, restoran, bar və idman zalları da fəaliyyət göstərir. Bundan başqa müxtəlif xizək sürmə vasitələrinin və geyimlərinin satıldığı mağaza da turistlərin ixtiyarındandır. İstirahət mərkəzində turistlərə xizək sürmək üçün təlimat verən 14 müəllim var ki, onların da 4-ü əcnəbidir. Mərkəzdə 24 saat fəaliyyət göstərən tibb məntəqəsi var. “Şahdağ” Qış-Yay Turizm Kompleksi yay fəslində də turistləri qəbul edəcək. Belə ki, yayda mərkəzdə atçılıq və dağ velosiped idman növünün, eləcə də motosiklet yarışlarının təşkili nəzərdə tutulub.

 

Bundan əlavə iyunda kompleksə daxil olan 364 nəfərlik 4 ulduzlu “Şahdağ Resort SPA” otelinin açılışı olacaq.

 

Qeyd edək ki, «Şahdağ» Qış-Yay Turizm Kompleksinin inşasına 2006-cı ildə başlanılıb. Kompleksin tikintisinə nəzarəti həyata keçirmək üçün Mədəniyyət və Turizm Nazirliyinin tərkibində müvafiq müdiriyyət yaradılıb. İnşaat işlərində dünyanın aparıcı şirkətləri iştirak edib. Kompleksin tikintisinə 2009-cu ilin sentyabrında başlanılıb. Kompleks rayon mərkəzindən 32 km məsafədə yerləşir, ümumi ərazisi 2 058 hektardır və ekoloji sistemi, təmiz flora və faunası ilə məşhur olan Şahdağ Milli Parkının ərazisində yerləşir. Kompleks dəniz səviyyəsindən 1 300-2 351 metr hündürlükdədir. Turizm kompleksinin əsas hissəsi isə dəniz səviyyəsindən 1 640 metr hündürlükdəki təbii yaylaqda yerləşir.

 

Turizm kompleksini xarici kommunikasiya ilə təmin etmək üçün bir sıra obyektlərin inşası nəzərdə tutulub. Bura 35 kilometrlik kanalizasiya sistemi, təmizləyici qurğusu olan içməli su kəməri, 29 kilometrlik fiber-lifli rabitə xətti, 31 km uzunluğunda 110 kV-luq elektrik xətti, 35,7 kilometrlik orta təzyiqli qaz kəməri daxildir. İkinci mərhələdə isə 10-14 nömrəli kanat yollarının, qolf meydançası və restoranı olan klubun, 4 ulduzlu mehmanxananın, heyət üçün binanın, xırda mehmanxanaların, pansionat və idman qurğularının daxil olduğu «Şahdağ» Gənclər Mərkəzinin, 900 nömrəlik “Relaks” mehmanxana şəbəkəsinin, at fermasının, 200 nəfərlik diskoteka binasının tikintisi nəzərdə tutulub. Üçüncü və dördüncü mərhələdə yol, istirahət və əyləncə yerləri şəbəkələrinin genişləndirməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR