Polad Bülbüloğlu MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri seçilib

Polad Bülbüloğlu MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri seçilib
# 27 oktyabr 2014 23:28 (UTC +04:00)

Bu barədə APA-nın Moskva müxbirinə Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, oktyabrın 26-da Rusiya paytaxtında MDB üzv dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlığı Fondunun (DHƏF) İdarə heyətinin və MDB üzv dövlətlərinin Humanitar Əməkdaşlığı üzrə Şurasının birgə iclası keçirilib: "DHƏF və Humanitar Əməkdaşlıq Şurası MDB məkanında humanitar əməkdaşlıq sahəsində fəaliyyət göstərən iki ayrı-ayrı qurumdur. DHƏF-in nizamnaməsinə görə, onun İdarə heyətinin sədri iki illik müddətinə seçilir. Səfir Polad Bülbüloğlu ilk dəfə 2010-cu ildə, ikinci dəfə isə 2012-ci ildə DHƏF-in İdarə heyətinin sədri vəzifəsinə seçililib. Sonuncu keçirilən iclasda Polad Bülbüloğlu yenidən Fondun İdarə heyətinin sədri vəzifəsinə seçilib və beləliklə onun səlahiyyət müddəti daha iki il uzadılıb.

Humanitar Əməkdaşlıq Şurasına (HƏŞ) gəldikdə isə qeyd olunmalıdır ki, 2007-2010-cu illər dövrü ərzində Cahan Pollıyeva (RF), 2010-2012-ci illərdə Saymurod Fattoyev (Tacikistan), 2012-2014-cü illərdə isə Oleq Proleskovski (Belarus) hər il keçirilən seçkilər yolu ilə Şuranın sədri vəzifəsini icra ediblər. HƏŞ-in qaydalarına görə, sədrlə yanaşı, həmçinin onun həmsədri də seçilir. 26 oktyabrda keçirilən iclasda, Oleq Proleskovskinin Belarusda başqa vəzifəyə təyin olunması ilə əlaqədar onun HƏŞ-in sədri qismində digər namizədlə əvəz olunması zərurəti yaranmış və HƏŞ-də sözügedən vəzifəyə Ermənistan prezident aparatının rəhbəri Vigen Sarqsyan seçilib. Eyni zamanda, ümumi razılığa əsasən, həmsədr qismində Qazaxıstan Respublikasının mədəniyyət və idman naziri Arıstanbek Muhamediulı təyin edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR