Bakı. Viktoriya Dementyeva – APA. Gələn həftə Fransanın Kann şəhərinin nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Fransanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumatına görə, nümayəndə heyətinə Kann şəhər merinin birinci müavini, Festivallar və konqreslər sarayının prezidenti David Lisnar rəhbərlik edəcək.
Səfər zamanı Kann şəhəri və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığının inkişafı və perspektivləri müzakirə olunacaq.
Nümayəndə heyətinə məşhur mehmanxana brendlərinin rəhbərləri də daxildirlər.