Tiflis. Nizami Məmmədzadə - APA. Keçən il Azərbaycandan Gürcüstana 21 874 nəfər turist gedib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin informasiya analitik mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, 2012-ci ildə Gürcüstana 4 389 256 nəfər turist gəlib. Turistlərin sayı 2011-ci il ilə müqayisədə 56% artıb. Keçən ilin son bir həftəsində isə ölkəyə 98 910 turist gəlib. Ölkəyə Türkiyədən 29 485, Ermənistandan 27 609, Azərbaycandan 21 874, Rusiyadan 11 311, Ukraynadan 1 744 turist daxil olub.
Ötən ilin dekabr ayında ölkəyə 371 881 nəfər xarici vətəndaşlar gəlib ki, bu da keçən ilin müvafiq dövrünə görə 32% çoxdur.