Bank Of Baku

MDB ölkələrinin turizm sahəsində inteqrasiya proseslərinin inkişafı strategiyası hazırlanır

MDB ölkələrinin turizm sahəsində inteqrasiya proseslərinin inkişafı strategiyası hazırlanır
# 26 fevral 2013 12:53 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Fevralın 26-27-də MDB ölkələrindən ibarət işçi qrupu Minskdə (Belarus) postsovet məkanında turizm sahəsində inteqrasiya proseslərinin inkişafı strategiyasının layihəsini müzakirə edəcək.

 

«APA-Economics»in MDB-nin İcraiyyə Komitəsinə istinadən verdiyi məlumata görə, strategiyada MDB ölkələrində turizm sahəsinin inkişafı üzrə ümumi fikrilər cəmlənib. Sənəddə MDB məkanında turizm sahəsində inteqrasiya proseslərinin ümumi məqsədi, inkişaf həlləri və əməkdaşlığın əsas istiqamətləri yer alıb. İşçi qrupu strategiyaya baxdıqdan sonra, sənədin martın 15-də Turizm Şurasına təqdim olunacağı gözlənilir.

 

Hazırda MDB məkanında turizm sahəsinin ÜDM-də payının aşağı səviyyədə olmasına baxmayaraq, bu sektor ixracın və valyuta daxilolmalarının artımını təmin edir.

 

Qeyd edək ki, BMT-nin məlumatına əsasən, MDB məkanında turizm xidmətlərinin ixracının ümumdünya turizm ixracındakı payı 2%-ə bərabərdir. MDB məkanının ümumi ixracında isə ayrı-ayrı ölkələrin turizm xidmətlərinin payı isə bir qədər çoxdur. Belə ki, Azərbaycan, Qırğızıstan və Ermənistanda bu göstərici 50-60%-ə, Qazaxıstan, Ukrayna, Moldova və Rusiyada 20-30%-ə, Belarusda 9%-ə, Tacikistanda isə 1%-ə bərabərdir.

 

Ümumdünya Turizm və Səyahətlər Şurasının məlumatlarına əsasən, beynəlxalq turizmdən əldə olunan gəlirlə görə Rusiya dünyada 22-ci, Ukrayna 48-ci, Qazaxıstan 81-ci, Azərbaycan 97-ci, Belarus 104-cü, Ermənistan 121-ci, Qırğızıstan 133-cü, Moldova isə 140-cı yerdədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR