Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycana gələn xarici vətəndaşlara vizanın elektron qaydada verilməsi ölkəyə gələn əcnəbilərin sayını artıracaq. «APA-Econmics»in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib.
Onun sözlərinə görə, xarici vətəndaşlara vizaların elektron formada verilməsinə artıq başlanılıb: «Biz 30-a yaxın turizm şirkəti ilə danışıqlar aparmışıq ki, artıq onların əməkdaşları müvafiq treninqlərdən keçib və lisenziyalaşdırılıb. Sözügedən turizm şirkətləri xarici vətəndaşlara elektron qaydada vizanı verə biləcək və ümid edirəm ki, bu, ölkəyə gələn xarici vətəndaşların sayına müsbət təsir göstərəcək».
Ə.Qarayev onu da əlavə edib ki, Azərbaycana gələn əcnəbi vətəndaşlara elektron viza 20 ABŞ dollarına təklif olunur.