Bank Of Baku

Nazir: «Yaxın illərdə Azərbaycana gələn əcnəbilərin sayı 80% artacaq»

Nazir: «Yaxın illərdə Azərbaycana gələn əcnəbilərin sayı 80% artacaq»
# 04 aprel 2013 08:38 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın 5-6 il ərzində Azərbaycana gələn əcnəbi vətəndaşların sayının 80% artacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda işə başlayan XII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin («AITF-2013») açılış mərasimində çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib.


Nazirin sözlərinə görə, 2012-ci ildə Azərbaycana gələn xarici vətəndaşların sayı 2,5 mln. təşkil edib ki, yaxın 5-6 il ərzində bu göstəricinin 70-80% artacağı gözlənilir: «Növbəti illərdə Azərbaycanda mühüm beynəlxalq tədbirlər keçiriləcək ki, bunlar da ölkəyə gələn xarici vətəndaşların sayında vacib rol oynayacaq. Biz ölkənin turizm sənayesinin nə qədər hazır olduğunu göstərməliyik».

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR