Bank Of Baku

Tiflisdə XV Qafqaz beynəlxalq turizmi sərgisi keçirilir - FOTOSESSİYA

Tiflisdə XV Qafqaz beynəlxalq turizmi sərgisi keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 12 aprel 2013 13:57 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstan paytaxtındakı “Expo Georgia” Sərgi Mərkəzinin 11-ci salonunda Gürcüstan Turizm Agentliyinin təşkilatçılığı ilə XV Qafqaz turizm sərgisi başlayıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, aprelin 12-dən 14-nə kimi davam edəcək “Qafqaz beynəlxalq turizmi” adlı sərgidə Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Tailand, Birləşmiş Ərəb Əmirlikləri və Çini təmsil edən turizm şirkətləri iştirak edirlər.

 

Tədbirdə “Expo Georgia” Sərgi Mərkəzinin təşkilatçısı və layihə meneceri Nino Qamrekeli, Gürcüstan mədəniyyət nazirinin müavini Manana Berikaşvili, ətraf mühitin mühafizəsi naziri Xatuna Qoqoladze, iqtisadiyyat nazirinin müavini Dmitri Kulisişvili və başqaları çıxış edərək, Gürcüstanın turizm sahəsinin inkişafından və beynəlxalq şirkətlərlə, o cümlədən Cənubi Qafqaz ölkələrində fəaliyyət göstərən turizm şirkətləri ilə əlaqələrin yaradılmasından söz açıblar.

 

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin məsləhətçisi Cəmil Kəlbəliyev jurnalistlərə açıqlamasında sərgidə 9 Azərbaycan şirkəti və hotellərinin iştirak etdiyini bildirib: “Məqsədimiz Azərbaycanın turizm potensiyalını Gürcüstanda və buraya gələn beynəlxalq şirkətlər arasında daha geniş təbliğ etməkdir. Son illər Gürcüstandan Azərbaycana böyük turist axını var. Gürcü turistləri əsasən sərhədyanı bölgələrdə dincəlməyi, müalicə almağı sevirlər. Ümid edirik ki, təqdim etdiyimiz layihələr, turizm marşrutları və xidmətlər sərgi iştirakçıları tərəfindən bəyəniləcək”.

 

EDIT“Expo Georgia” Sərgi Mərkəzinin təşkilatçısı və layihə meneceri Nino Qamrekeli bu gün Gürcüstanın turizm sahəsində regionun lideri olduğunu bildirib: “Biz turizm sahəsində daha sıx əlaqələr qurmağa çalışırıq. İstər Azərbaycan, istərsə də Gürcüstan turistlər üçün əlverişli olan ölkələrdir. Azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli turizm üçün daha əlverişli bölgə olduğuna görə biz bu bölgənin turizm potensiyalını təbliğ etmək üçün sərgidə bir stend təşkil etmişik. Burada tarixi abidələr çoxdur. Gələcəkdə turizmi inkişaf etdirmək üçün beynəlxalq təşkilatları bu bölgəyə investisiya qoymağa cəlb edəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR