Bank Of Baku

Türkiyə Bakıda keçiriləcək beynəlxalq turizm sərgisində 30 şirkətlə təmsil olunacaq - FOTO

Türkiyə Bakıda keçiriləcək beynəlxalq turizm sərgisində 30 şirkətlə təmsil olunacaq - <span style="color: red;">FOTO
# 01 aprel 2013 10:13 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi tərəfindən XII AİTF Beynəlxalq Turizm və Səyahətlər sərgisi, müşavirliyin veb saytının (www.turkiye.az) təqdimatı və 2013-cü ilin reklam kampaniyaları ilə bağlı mətbuat konfransı keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm üzrə müşaviri Seyid Əhməd Arslan bildirib ki, 4-6 aprel tarixində keçiriləcək sərgidə 30-a yaxın türk şirkəti iştirak edəcək. Bu dəfə Türkiyənin stendi ötən ilkindən iki dəfə böyük olacaq: “Türkiyədən bu sərgiyə çox ciddi maraq var. Təxminən ölkənin 30-a yaxın şirkətini təmsil edən 80 nəfərlik nümayəndə heyəti bu sərgiyə qatılacaq. Həmçinin mədəniyyət nümunələri və teatr oyunları da sərgidə nümayiş olunacaq”.

Müşavir əlavə edib ki, 15 mart tarixindən etibarən Bakının mərkəzi küçələrində, avtobusların, taksilərin üstündə, xəbər agentliklərində Türkiyə ilə bağlı reklam kampaniyası başlayıb, xüsusi videoçarx hazırlanıb və bu görüntülərdə də Türkiyənin ayrı-ayrı regionlarının turizm potensialı nümayiş olunub. Bu kampaniya 3 ay davam edəcək.

S.Ə.Arslan Azərbaycandan Türkiyəyə gedən turistlərin sayında artım müşahidə olunduğu bildirib. Onun sözlərinə görə, 2011-ci ildə Türkiyəyə 578 min azərbaycanlı turist gəlmişdisə, keçən il turistlərin sayı 591 min nəfəri keçib: “Azərbaycanlı turistlər əsasən Antalyanı, İstanbulu, İzmir və Ankaranı ziyarət edir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR