Bakı. Anaxanım Hidayətova - APA-Economics. Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov iki ölkənin turizm şirkətləri arasında tərəfdaş münasibətlərin inkişafına tərəfdar olduğunu bildirib.
“APA-Economics”in xəbərinə görə, Türkmənistanda turizmin inkişafı ilə bağlı yeni proqramın təqdimat mərasimində çıxış edən səfir bildirib ki, proqram bir sıra ölkələrlə, o cümlədən Azərbaycanla viza rejiminin sadələşdirilməsinə imkan verəcək.
Tədbirdə Türkmənistanın dünya standartlarına cavab verən müalicəvi sanatoriya və kurortları, “Avaza” azad turizm zonası və qədim memarlıq abidələri barədə geniş məlumat verilib.