Səudiyyə Ərəbistanındakı şiə məscidində partlayış baş verib

Səudiyyə Ərəbistanındakı şiə məscidində partlayış baş verib
# 29 yanvar 2016 13:18 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Səudiyyə Ərəbistanının Əl-Ahsa şəhərində şiələrin İmam Rza məscidinə hücum edilib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, cümə namazı zamanı 2 terrorçu kamikadze məscidə girməyə cəhd göstərib. Polis onlara mane olub. Terrorçulardan biri üzərindəki bombanı partladıb. Nəticədə 2 nəfər ölüb. Digər terrorçunun yaralı halda yaxalandığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR