Bakının iki prospektində sürət həddi azaldılıb

Bakının iki prospektində sürət həddi azaldılıb
# 25 yanvar 2016 12:34 (UTC +04:00)

Bakı - APA-Economics. Böyükşor şossesi - Hava limanı istiqamətində və Zığ dairəsi - Hava limanı avtomobil yolunda sürət həddi zolaqlar üzrə 20 km/saat azaldılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bu qərar yağışlı hava şəraiti ilə əlaqədar qəbul olunub.

Qeyd edək ki, hava şəraiti normallaşan kimi sürət həddi yenidən bərpa olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR