Boliviyada avtobusun uçuruma düşməsi nəticəsində 9 nəfər ölüb

Boliviyada  avtobusun uçuruma düşməsi nəticəsində 9 nəfər ölüb
# 25 yanvar 2016 23:51 (UTC +04:00)

Bakı-APA. Boliviyanın qərb bölgəsində Peru musiqiçilərini daşıyan avtobus uçuruma düşüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 9 nəfər ölüb.

100 metrlik uçuruma yuvarlanan avtobusda 13 musiqiçi olub. Onlardan 4-u ağır bədən xəsarətləri ilə paytaxt La-Pasdakı xəstəxanaya yerləşdirilib.

İlkin versiyaya görə, qəzaya pis hava şəraiti səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR