Hərbiçi ailələrinin şikayətlərinə baxılması qaydalarına dəyişiklik edilir

Hərbiçi ailələrinin şikayətlərinə baxılması qaydalarına dəyişiklik edilir
# 25 may 2016 09:34 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda hərbi qulluqçuların və onların ailə üzvlərinin şikayətlərinə baxılması müddətində dəyişiklik edilir.

APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Hərbi qulluqçuların statusu haqqında” qanunun 22-ci maddəsinin 4-cü hissəsinə dəyişiklik müzakirəyə çıxarılıb.

İclasda bildirilib ki, layihə prezident tərəfindən təqdim olunub. Dəyişikliyə əsasən hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə (təklifləri, ərizələri, şikayətləri) daxil olduğu gündən etibarən ən geci 15 gün ərzində yox, 15 iş günü ərzində baxılacaq. Bildirilib ki, dəyişiklik yeni qəbul olunmuş “Vətəndaşların müraciəti haqqında” qanunun tələbinə əsasən edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR