Cəmil Əmirov konsert proqramı ilə çıxış edib

Cəmil Əmirov konsert proqramı ilə çıxış edib
# 29 oktyabr 2015 08:56 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Əməkdar incəsənət xadimi Cəmil Əmirov konsert proqramı ilə çıxış edib.

APA-nın məlumatına görə, konsert proqramı Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında təşkil edilib. Tədbirdə C. Əmirovun rəhbərlik etdiyi “Savab” qrupu da musiqilərini təqdim edib. Konsert proqramında müxtəlif caz kompozisiyaları səsləndirilib.

Qeyd edək ki, C. Əmirov SSRİ xalq artisti, bəstəkar Fikrət Əmirovun oğludur. C. Əmirov müxtəlif tərkibli instrumental ansambllar üçün caz kompozisiyaları bəstələyib. Bəstəkarın yaratdığı “Savab” qrupu dünyanın müxtəlif ölkələrində konsert proqramı ilə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR