Ziyafət Əsgərov idman jurnalistlərinə irad tutub

Ziyafət Əsgərov idman jurnalistlərinə irad tutub
# 29 aprel 2016 11:28 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin sədri Ziyafət Əsgərov idman jurnalistlərinə narazılığını bildirib.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatının müzakirəsi zamanı Z. Əgərov bildirib ki, jurnalistlər, media nümayəndələri futbolçuların transferi ilə bağlı informasiya hazırlayarkən ciddi yanlışlığa yol verirlər: “Məsələn, bəzən ciddi bir mətbuat orqanında “Filan futbolçu 60 milyona satıldı”, yazırlar. Və yaxud da “Filan klub filan futbolçuya neçə milyon dollar ödədi”, “Filan futbolçunun qiyməti açıqlandı” və sair. Qardaşım, bu, uzaq başı müqavilənin qiyməti olar, futbolçu alınıb-satılmır axı. Biz burada insan alverinə qarşı mübarizədə maarifləndirmədən danışırıq, amma mətbuat nümayəndələri şüuraltı görün nələri aşılayır? Buna son qoymaq və diqqətli olmaq lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR