Azərbaycanlı diplomat: "Yoxsulluq və iqtisadi problemlər səbəbindən hər il daha çox insan Ermənistanı tərk edir"

Azərbaycanlı diplomat: "Yoxsulluq və iqtisadi problemlər səbəbindən hər il daha çox insan Ermənistanı tərk edir"
# 26 fevral 2016 14:08 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “15 fevral tarixində “İnfobae”də dərc olunmuş məqalə erməni əsilli müəllif Lukas Koussikianın Azərbaycana qarşı qərəzli mövqeyinin növbəti ifadəsidir”.

APA-nın məlumtına görə, bu barədə Azərbaycan Argentinadakı müvəqqəti işlər vəkili Aslanov Rəşadın “İnfobae” portalında "Azərbaycan reallıqları" adlı cavab məqaləsində deyilir. Yazıda bildirilir ki, beynəlxalq ictimaiyyətin diqqətini “Xocalıya ədalət!” Beynəlxalq Kampaniyası və Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğaldan yayındırmaq məqsədilə məqalədə “Sumqayıt hadisələri”, “Azərbaycanda insan hüquqlarının pozulması”, “iqtisadi vəziyyətin mürəkkəb olması” ilə bağlı cəfəngiyat dolu məlumatlarla təbliğat aparılır.

Diplomat Sumqayıt hadisələri, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri faktlarla oxucuların diqqətinə çatdırıb. O, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, ATƏT, AŞPA, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənəd və qətnamələr olduğunu xatırladıb: "Çoxsaylı mülki vətəndaşların və siyasətçilərin qətli ilə uzun illərdir ki, hakimiyyəti qəsb etmiş və ölkəni iflas səviyyəsinə çatdırmış Ermənistanın hərbi-oliqarxik, repressiv diktatura rejimi öz ölkəsində ağır vəziyyətdən diqqəti yayındırmaq üçün işğal siyasətindən əl çəkmir. Yoxsulluq və iqtisadi problemlər səbəbindən hər il daha çox insan azad və rahat həyat axtarışı üçün Ermənistanı tərk edir".

Müəllif Azərbaycanda isə son 10 ildə iqtisadiyyatın 300% artdığını, ölkənin ticarət tərəfdaşlarının sayının 150-yə çatdığını, ticarət və xarici ticarətin səviyyəsinin 4,3 dəfə yüksəldiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR