ABŞ səfiri Qubadlı rayonundan olan məcburi köçkünlərlə görüşüb

ABŞ səfiri Qubadlı rayonundan olan məcburi köçkünlərlə görüşüb
# 03 mart 2016 11:15 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta xanımı ilə birgə Sumqayıtda Qubadlı rayonundan olan məcburi köçkünlərin təhsil aldığı orta məktəbi ziyarət edib. APA-nın xəbərinə görə, bu barədə ABŞ səfirliyinin “twitter” səhifəsində məlumat yerləşdirilib. Məktəb ABŞ-ın Avropa Komandanlığı tərəfindən bərpa edilib.

“Bu,Azərbaycan xalqına, o cümlədən, məcburi köçkünlərə dəstək üçün ABŞ-ın illər ərzində maliyyələşdirdiyi bir çox layihədən biridir. Səfir Sekuta Qubadlı rayonunun məcburi köçkünləri ilə sülh yolunun nizamlanmasına dair davam edən səyləri müzakirə edib” - deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR