Manat funta qarşı 1%-dən artıq bahalaşıb

Manat funta qarşı 1%-dən artıq bahalaşıb
# 05 avqust 2016 07:28 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 4-ü ilə müqayisədə 0,2% möhkəmlənərək 1,5980 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,12% möhkəmlənərək 1,7797 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl da 0,83% bahalaşaraq 0,0242 manat səviyyəsinə yüksəlib.

Türkiyə lirəsinin məzənnəsi 0,44% möhkəmlənərək 0,5309 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0989 manatdır. Beləliklə, funt sterlinq 1,25%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi də 0,3% azalaraq 0,6763 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR