ABŞ kəşfiyyatının rəhbəri: “Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən başlaması təhlükəsi yüksəkdir”

ABŞ kəşfiyyatının rəhbəri: “Dağlıq Qarabağda  hərbi əməliyyatların yenidən başlaması təhlükəsi yüksəkdir”
# 09 fevral 2016 22:58 (UTC +04:00)

Bakı-APA. “Azərbaycan və Ermənistan arasındakı gərginlik 2016-cı ildə də davam edəcək”. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Milli Kəşfiyyat direktoru Ceyms Klepperin Konqresə təqdim etdiyi hesabatda bildirilir.

Klepper hesab edir ki, Azərbaycanın artan hərbi qüdrəti Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən başlaması təhlükəsini artırır.

“Azərbaycan Qarabağdan imtina etmək niyyəti yoxdur, Ermənistan isə işğal etdiyi əraziləri azad etməyə tələsmir. Bunlar münaqişənin dinc yolla həllini çətinləşdirir”, - deyə hesabatda bildirilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR