Yeznəsini qətlə yetirən Ağcəbədi sakininin apellyasiya şikayəti təmin edilməyib

Yeznəsini qətlə yetirən Ağcəbədi sakininin apellyasiya şikayəti təmin edilməyib
# 29 iyul 2016 07:24 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı – APA. Şirvan Apellyasiya Məhkəməsində yeznəsini qətlə yetirən şəxsin apellyasiya şikayətinə baxılıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə Ağcabədi rayon sakini Cavid İsmayılov barəsində birinci instansiya məhkəmənin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Cavid İsmayılov 2015-ci ildə Ağcabədinin Aşağı Avşar kəndində yeznəsi, 30 yaşlı Saqibət Qədimovu balta ilə qətlə yetirib. Lənkəran Ağır Cinayətlər Məhkəməsi Cavid İsmayılovu Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9 maddələri ilə təqsirli bilərək 20 il müddətinə azadlıqdan məhrum edib. Təqsirləndirilən şəxs cəzasının azaldılması üçün apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR