İmişli və Şəmkirdə ev, Tərtərdə isə avtomobil yanıb

İmişli və Şəmkirdə ev, Tərtərdə isə avtomobil yanıb
# 13 avqust 2016 20:10 (UTC +04:00)

Bakı-APA. Respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbər görə, İmişli rayonu, Xəlfəli kəndində vətəndaşa məxsus ümumi sahəsi 88 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Tərtər rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Şəmkir rayonu, Şiştəpə kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan birmərtəbəli, kürsülü 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 140 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR