Xalq artisti Cavanşir Məmmədovun 100 illik yubileyinə həsr edilmiş xatirə tədbiri keçiriləcək

Xalq artisti Cavanşir Məmmədovun 100 illik yubileyinə həsr edilmiş xatirə tədbiri keçiriləcək
# 19 oktyabr 2015 11:44 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Oktyabrın 22-də Nizami Kino Mərkəzində Azərbaycanın görkəmli kinooperatoru və kinorejissoru, xalq artisti Cavanşir Məmmədovun 100 illik yubileyinə həsr edilmiş xatirə tədbiri keçiriləcək.

Azərbaycan Film Fondundan APA-ya verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Nizami Kino Mərkəzi və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçiriləcək.

Tədbirdə görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, sənət dostlarının xatirələri dinlənəcək və operatoru olduğu “Xəzər neftçiləri haqqında dastan” sənədli filminin yeni bərpa olunmuş nüsxəsi nümayiş etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR