Dövlət qiymətli kağızlar bazarının böyük hissəsi AMB-nin notlarının payına düşüb

Dövlət qiymətli kağızlar bazarının böyük hissəsi AMB-nin notlarının payına düşüb
# 11 mart 2019 16:17 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı hesabata əsasən, dövlət qiymətli kağızlar bazarının 51%-i Mərkəzi Bankın notlarının payına düşüb.

ONA-nın məlumatına görə, dövlət qiymətli kağızlar bazarı üzrə nominal üzrə dövriyyədəki cəmi həcmi 2019-cu ilin yanvar ayına 2 032,5 mln. manat olub. Bu məbləğin 1 050,0 mln. manatı AMB-nin notlarının payına düşüb. 2018-ci ilin sonunda bu rəqəm 1 989,2 mln. manat olub.

Qeyd edək ki, dövlət qiymətli kağızlar bazarının 48,3%-i dövlət qısamüddətli istiqrazlarının payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR