Məhkəmə şəhid qızını avtomobillə vurub öldürən şəxsin vəsatətini təmin etməyib

Məhkəmə şəhid qızını avtomobillə vurub öldürən şəxsin vəsatətini təmin etməyib
# 02 aprel 2018 15:26 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə R. Rəhimovun vəkili Muxtar Mustafayev çıxış edib.

O bildirib ki, məhkəmə istintaqı zamanı iş üzrə ifadə verən şahidlər təqsirləndirilən şəxsin hadisə yerindən qaçmadığını bildiriblər. Vəkil şəxsin hadisə zamanı psixoloji sarsıntı keçirməsi, bununla bağlı psixoloji ekspertizanın təyin edilməsi və məhkəmə istintaqının yenilənməsi ilə bağlı vəsatət qaldırıb.

Məhkəmə verilən vəsatəti təmin etməyib.

Məhkəmədə məlum olub ki, R. Rəhimovun işinə yeni vəkil qoşulub. O, cinayət işindəki bəzi sənədlərlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə müşavirədən sonra qərarı elan edib.

İşə yeni vəkil qoşulduğu üçün istinataq yenilənib və vəkilə vaxt verilib.

Proses aprelin 4-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən il noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində baş verib. Şəhid Elton Əkbərovun qızı Könül Əkbərova "Jeep Grand Cherokee” markalı avtomobillə vurularaq öldürülüb. 1975-ci il təvəllüdlü K. Əkbərovanı "Jeep Grand Cherokee” markalı, ağ rəngli, 90 FO 007 nömrə nişanlı avtomobillə vuran 17 yaşlı Rəhim Rəhimli olması müəyyən edilib və o, həbs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR