Bakıda mənzildə ər və arvadın meyitləri tapılıb

Bakıda mənzildə ər və arvadın meyitləri tapılıb
# 09 mart 2019 15:39 (UTC +04:00)

Bakıda mənzildə ər və arvadın meyitləri tapılıb.

ONA-nın məlumatına görə, Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsi 114-də yaşayan İmişli rayon sakinləri 1961-ci il təvəllüdlü Museyib Behbudov və həyat yoldaşı, 1966-cı il təvəllüdlü Xuraman Behbudovanın meyitləri yaşadıqları evdə aşkar edilib.

İlkin ehtimala görə, onların dəm qazından zəhərləndiyi bildirilir. Faktla bağlı araşdırmalara başlanıb.

Nurlan Əli

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR