“Bank VTB (Azərbaycan)” ötən ili mənfəətlə başa vurub

“Bank VTB (Azərbaycan)” ötən ili mənfəətlə başa vurub
# 01 fevral 2018 07:09 (UTC +04:00)

2017-ci ilin IV rübündə “Bank VTB (Azərbaycan)”ın aktivləri 397,211 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 8,81% azdır.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, cari il yanvarın 1-ə bankın kredit portfeli 281,176 mln. manat olub. Bu da 2016-cı illə müqayisədə 12,44% azalma deməkdir.

Hesabat dövründə depozit portfeli 9,2% artaraq 47,094 mln. manat təşkil edib. Öhdəliklərin həcmi isə ilin əvvəl ilə müqayisədə 10,6% azalaraq 357,094 mln. manat olub.

Bankın nizamnamə kapitalı dəyişməyərək 50 mln. 815 min manatdır.

Bankın gəlirləri hesabat dövrünün sonuna 222,480 mln. manata, xərcləri isə 54,800 mln. manata bərabər olub.

Qeyd edək ki, “Bank VTB (Azərbaycan)” ötən ili 4 mln. 753,090 min manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR