Bu ilin I yarısında sənaye parklarındakı müəssisələrin istehsalı 30%-dək artıb

Bu ilin I yarısında sənaye parklarındakı müəssisələrin istehsalı 30%-dək artıb
# 16 sentyabr 2017 09:31 (UTC +04:00)

Ölkədə mövcud olan sənaye parkları və məhəllələrinin nəzdində fəaliyyət göstərən müəssisələr tərəfindən 2017-ci ilin ilk altı ayı ərzində 92,8 mln. manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,4% çox məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən xəbərə görə, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 169,4 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 32,4%, sair nəqliyyat vasitələrinin istehsalı isə 23,7% artıb. Səkkiz ay ərzində fəvvarə armaturunun istehsalı 91,6%, minik avtomobillərinin istehsalı 74,8%, yük avtomobillərinin istehsalı 98,9 faiz azalmış, ştanqlı quyu nasoslarının istehsalı 11,2%, xüsusi təyinatlı kommunal maşınların istehsalı 98,6%, traktorların istehsalı 50,3% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR