Elmar Məmmədyarov Aİ-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsini qəbul edib.

Elmar Məmmədyarov Aİ-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsini qəbul edib.
# 29 noyabr 2017 15:01 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Əfqanıstan üzrə xüsusi nümayəndəsi, səfir Roland Kobianı qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Əfqanıstanın yenidən qurulması işində əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı maraq ifadə olunub. Bu xüsusda, Azərbaycanın ev sahibliyi edəcəyi “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransının əhəmiyyəti vurğulanıb.

E. Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, habelə Şərq-Qərb marşrutu, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarından danışdı və Əfqanıstanın da bu layihələrdən faydalana biləcəyini diqqətə çatdırıb.

R. Kobia Azərbaycanın Əfqanıstanın inkişafı üçün gördüyü işləri təqdir edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR