SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən cari ilin yanvar-oktyabr aylarında 7505,2 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 239,5 km uzunluğunda borularda əsaslı təmir işləri aparılıb.
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, görülən tikinti-quraşdırma işləri nəticəsində 182 yaşayış məntəqəsi təbii qazla təmin edilib.