Masallı-Yardımlı yolunda avtomobillərin hərəkəti bərpa olunub

Masallı-Yardımlı yolunda avtomobillərin hərəkəti bərpa olunub
# 05 oktyabr 2017 12:27 (UTC +04:00)

Ötən gün axşam saatlarında intensiv yağıntılar nəticəsində Masallı rayonunda dağ yamaclarında baş vermiş sürüşmə nəticəsində axan torpaq və bitki qatı Masallı-Yardımlı avtomobil yolunun 17, 19, 21, 24 və 29-cu kilometrində yolun hərəkət hissəsinə tökülüb.


"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli “APA-Economics”ə bildirib ki, nəticədə yolda hərəkətdə müəyyən çətinliklər yaranıb.


"Əraziyə dərhal "Azəravtoyol" ASC-nin əməkdaşları və ağır texnikası cəlb olunub. Qısa müddət ərzində yol torpaq və bitki qatından təmizlənərək nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub", - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR