Ağdamda 10 yaşlı uşağı it dişləyib

Ağdamda 10 yaşlı uşağı it dişləyib
# 22 oktyabr 2016 10:25 (UTC +04:00)

Ağdam. Habil Məmmədli - APA. Ağdamda 10 yaşlı uşağı it dişləyib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun “Alıbəyli 1” qəsəbəsində baş verib. Qəsəbə sakini Quliyev Sabit Ramil oğlu həyətlərindən küçəyə çıxarkən sahibsiz itin hücumuna məruz qalıb. Ailəsi xəsarət alan S.Quliyevi Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Xəstəxanadan APA-ya verilən xəbərə görə, S.Quliyev müayinə olunub, ona quduzluq əleyhinə zərdab vurularaq ambulator müalicə üçün evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR