Sentyabrın 15-dən Bakıda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı fəaliyyətə başlayacaq

Sentyabrın 15-dən Bakıda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı fəaliyyətə başlayacaq
# 29 iyun 2015 08:27 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bakıda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı sentyabrın 15-də fəaliyyətə başlayacaq.

Universitetin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yeni tədris ilindən etibarən universitetin filialında 100 tələbə “müalicə işi” ixtisası üzrə dövlət sifarişi əsasında təhsil alacaq.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rəhbərliyi Bakıda yaradılan filialın kadrlarla təminatına və tədris prosesinin təşkilinə metodoloji dəstək verəcək. Tədris əsasən universitetin professor-müəllim heyəti tərəfindən yeni nəsil təhsil standartlarına uyğun aparılacaq və tədris prosesinə dünyada tanınmış Rusiya alimləri cəlb olunacaq. Filialda həkim-mütəxəssislərin hazırlanması zamanı innovativ təhsil texnologiyalarının tətbiqi və master-klasların keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən yaradılıb. Eyni zamanda Rusiya səhiyyə naziri universitetin Bakı filialının yaradılması haqqında müvafiq əmr imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR