Nigeriyanın şimal-şərqində məscidlərdən birində partlayış törədilib.
APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, partlayış Adamava ştatının Mubi şəhərində baş verib. Partlayış nəticəsində 50 nəfər həlak olub, xeyli insan xəsarət alıb.
Hadisəni terrorçu-kamikazde törədib.
Partlayışı "Boko Haram" terror qruplaşmasının planlaşdırdığı ehtimal edilir.