Tramp Ağ Ev jurnalistləri ilə ənənəvi şam yeməyindən imtina edib

Tramp Ağ Ev jurnalistləri ilə ənənəvi şam yeməyindən imtina edib
# 26 fevral 2017 00:59 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Ağ Evdəki müxbirlərin Assosiasiyasının (WHCA) üzvləri ilə ənənəvi təntənəli şam yeməyində iştirak etməyəcəyini bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Tramp “Twitter” səhifəsində yazıb. Bununla belə o, tədbir iştirakçılarına xoş axşam arzulayıb.

WHCA-nın ənənəvi şam yeməyi aprelin 29-da Vaşinqtonda keçiriləcək.

Müstəqil jurnalist birliyi olan Ağ Evdəki müxbirlərin Assosiasiyası 1914 ildə yaranıb. Qeyd edək ki, Assosiasiya bundan əvvəl bir neçə KİV nümayəndəsinin qapalı brifinqə buraxılmamasına dair ABŞ administrasiyasının qərarını tənqid edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR