Aİ - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin iclasında qaçqın və köçkün qadınların problemi qaldırılıb

Aİ - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin iclasında qaçqın və köçkün qadınların problemi qaldırılıb
# 08 may 2018 08:34 (UTC +04:00)

“Dağlıq Qarabağ münaqişəsi nəticəsində minlərlə insan, o cümlədən qadınlarımız əsir və itkin düşüb. Biz bu məsələ ilə bağlı beynəlxalq təşkilatlarla çalışırıq”.

APA-nın məlumatına görə, bu sözləri
Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının Bakıda keçirilən ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət mövzusunda çıxış edən millət vəkili Sahibə Qafarova bildirib.

S. Qafarova deyib ki, münaqişə zonasında olan qadınların reabilitasiyası istiqamətində də işlərə diqqət yetirilməlidir: “Azərbaycan hökumətinin bu istiqamətdə səylərinə baxmayaraq, qaçqın və məcburi köçkün qadınların heç də hamısı cəmiyyətə tam inteqrasiya olmayıblar. Çünki o insanlar doğma torpaqlarına qayıtmaq istəyirlər. İşğal olunmuş ərazilərdən qovulmuş insanların hüquqları bərpa olunmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR