Gədəbəy sakini spirtli içkidən komaya düşüb

Gədəbəy sakini spirtli içkidən komaya düşüb
# 10 aprel 2017 21:54 (UTC +04:00)

Həddən artıq spirtli içki qəbul edən Gədəbəy rayon sakini komaya düşüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini, 1990-cü il təvəllüdlü Süleymanov Elmir Namiq oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilsə də koma vəziyyətindən hələ ki ayıltmaq mümkün olmayıb.

Məlumata görə, E. Süleymanov həddən artıq spirtli içki qəbul etdiyi üçün komaya düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR