Azərbaycan prezidenti “Qatar Petroleum”un icraçı direktoru ilə görüşüb

Azərbaycan prezidenti  “Qatar Petroleum”un icraçı direktoru ilə görüşüb
# 26 fevral 2017 18:20 (UTC +04:00)

Qətər Dövlətində rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev fevralın 26-da Dohada “Qatar Petroleum”un prezidenti və icraçı direktoru Saad Şerida al-Kaabi ilə görüşüb.

APA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə “Qatar Petroleum” arasında əməkdaşlıq imkanları müzakirə edilib, bir sıra layihələrdə birgə iştirakın mümkünlüyü vurğulanıb.

“Qatar Petroleum”un gələcəkdə Xəzər dənizində və ya SOCAR-ın digər ölkələrdə həyata keçirdiyi layihələrdə Azərbaycan ilə birgə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR