Şəmkirdə betonqarışdıran maşının minik avtomobilinin üstünə aşması nəticəsində xəsarət alan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Şəmkirdə betonqarışdıran maşının minik avtomobilinin üstünə aşması nəticəsində xəsarət alan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
# 31 yanvar 2020 20:22 (UTC +04:00)

Şəmkirdə baş vermiş yol qəzasında xəsarət alan şəxsin kimliyi müəyyən edilib.

APA-nın qərb bürosunun məlumatına görə, bu, 1976-cı il təvəllüdlü İbarahimov Elçin Məstan oğludur.

***

Saat 19:15

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, Bakı-Qazax magistral yolunun rayonun Dələrcəyir kəndindən keçən hissəsində “KamAZ” markalı betonqarışdıran maşın minik maşını ilə toqquşub. Qəzadan sonra betonqarışdıran maşın digər avtomobilin üstünə aşıb. Minik maşın sürücü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR