I və IV qruplar üzrə imtahan verən abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb

I və IV qruplar üzrə imtahan verən abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb
# 21 may 2018 10:07 (UTC +04:00)

Mayın 20-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.

DİM-dən APA-ya bildirilib ki, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.
Abituriyentlər Apelyasiya Komissiyasına 21-23 may 2018-ci il tarixlərində saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.


Qeyd edək ki, Apelyasiya Komissiyası fəaliyyətini başa çatdırdıqdan sonra test tapşırıqlarının məzmunu, həmçinin imtahanda baş vermiş digər hallarla bağlı müraciətlərə baxılmır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR