İmişlidə yanğın olub

İmişlidə yanğın olub
# 21 avqust 2015 15:09 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı - APA. İmişli rayonunda yanğın hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Sarıxanlı kəndində Həsənov Dəyanət İdris oğluna məxsus fermanın ərazisinə qeydə alınıb. Oraya yığılmış 30 ton ot bağlaması yanıb. Yanğın saat 08:35-də Fövqəladə Hallar Nazirliyinin İmişli Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən söndürülüb. Yaxınlıqdakı fermalar yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR