Oğuzda “Mercedes” ağaca çırpılıb

Oğuzda “Mercedes” ağaca çırpılıb
# 12 iyun 2015 17:17 (UTC +04:00)

Bakı – APA. Oğuz-Şəki yolunun 35-ci kilometrliyində Oğuz rayonu ərazisində “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xəsarət almış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 18:13-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR