İrandan Azərbaycana gələrkən əl yükündə heroin keçirmək istəyən şəxs saxlanılıb

İrandan Azərbaycana gələrkən əl yükündə heroin keçirmək istəyən şəxs saxlanılıb
# 13 avqust 2015 08:54 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı Elşən Nəbiyev gömrük nəzarətindən keçərkən onun əl yükündən 2 ədəd plastik qabda, ümumi təmiz çəkisi 406,891 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, daha sonra şəxsi yoxlama zamanı adıçəkilən vətəndaşın üzərində təmiz çəkisi 0,144 qram, daxili orqanından (düz bağırsağından) isə 1 ədəd bükümdə təmiz çəkisi 3,248 qram olan psixotrop maddələr - metamfetamin aşkar olunub.

Faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR